Çatdırılma və Ödəniş Şərtləri
Qarabağ Futbol Klubunun rəsmi e-ticarət platforması üzərindən verilən sifarişlərin çatdırılması, ödənişi və geri qaytarılması aşağıdakı şərtlərlə həyata keçirilir:
Bakı şəhəri üzrə çatdırılma
- Sifarişlər Bakı şəhəri ərazisində Bolt Kuryer, Azərpoçt və Kargomat vasitəsilə çatdırılır.
- Bolt Kuryer çatdırılma xidməti ilə edilən sifarişlər: Məhsul karqoya verildiyi gün çatdırılır.
- Azərpoçt və Kargomat çatdırılma xidməti ilə edilən sifarişlər: Məhsul karqoya verildikdən sonra adətən 3–4 iş günü ərzində çatdırılır.
- Çatdırılma ödənişlidir və məbləğ sifariş zamanı, məhsulun ödənişi ilə birlikdə ödənilir.
- Sifarişlər adətən 2–4 iş günü ərzində hazırlanır və daha sonra karqoya təhvil verilir.
Rayonlara çatdırılma
- Rayonlara çatdırılma Azərpoçt vasitəsilə həyata keçirilir.
- Çatdırılma haqqı məhsulun alışı zamanı, məhsulun ödənişi ilə bir yerdə alıcı tərəfindən ödənilir.
- Rayonlara çatdırılma müddəti: 4–6 iş günü.
Xaricə çatdırılma
- Xarici ölkələrə sifarişlər Azərpoçt vasitəsilə göndərilir.
- Çatdırılma haqqı məhsulun alışı zamanı, məhsulun ödənişi ilə bir yerdə alıcı tərəfindən ödənilir.
- Çatdırılma müddəti, standart 15-25 gün aralığında olur.
- Çatdırılma qiyməti (1 forma üçün) standart 25 AZN təşkil edir.
Ödəniş şərtləri
- Saytda təqdim edilən məhsulların ödənişi yalnız bank kartı ilə, online rejimdə həyata keçirilir.
- Məhsulun çatdırılması yalnız ödəniş tamamlandıqdan sonra icra olunur.
- Bütün ödənişlər rəsmi və sənədləşdirilmiş qaydada həyata keçirilir.
Geri qaytarma və dəyişdirmə şərtləri
- Ödənilmiş məbləğin geri qaytarılması yalnız əsaslandırılmış səbəblər əsasında mümkündür. Qaytarma prosesi qanunvericiliyə uyğun olaraq 30 iş günü ərzində icra edilir.
- Səbəbsiz məhsul geri qaytarılmır.
- Qablaşdırması zədələnmiş, açılmış və ya istifadə olunmuş məhsullar geri qəbul edilmir.
- Alıcının sifariş etdiyi ölçü düzgün olmadıqda, yalnız istək əsasında digər uyğun ölçü ilə dəyişdirilməsi mümkündür (mövcudluqdan asılı olaraq).
QEYD: Sifarişlər, ödəniş və çatdırılma prosesi rəsmi qaydalara uyğun şəkildə sənədləşdirilir və izlənilə bilən formada həyata keçirilir. Əlavə sual və ya fərdi sorğular üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
