Qarabağ Futbol Klubu — 1951-ci ildə Ağdamda yaradılmış, Azərbaycanın ən titullu və tanınmış futbol komandalarından biridir. 1993-cü ildən etibarən Bakı şəhərində fəaliyyət göstərən klub, 12 dəfə Azərbaycan çempionu olmuş, 8 dəfə kuboku qazanmışdır.
Klub 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası kimi tarix yazmışdır. Bu uğuru 2025-ci ildə də təkrarlayaraq yenidən UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmışdır. Beynəlxalq oyunlarını Tofiq Bəhrəmov adına Respublika Stadionunda, ev oyunlarını isə Azərsun Arenada keçirir.
Qarabağ Futbol Klubu – təkcə futbol komandası deyil, həm də milli qürur və Qarabağın simvoludur..
QARABAĞ FK