Çatdırılma və Ödəniş Şərtləri

Qarabağ Futbol Klubunun rəsmi e-ticarət platforması üzərindən verilən sifarişlərin çatdırılması, ödənişi və geri qaytarılması aşağıdakı şərtlərlə həyata keçirilir:

Bakı şəhəri üzrə çatdırılma

  • Sifarişlər Bakı şəhəri ərazisində fəaliyyət göstərən rəsmi kuryer şirkətlərindən biri vasitəsilə, ödənişli şəkildə həyata keçirilir.
  • Çatdırılma haqqı, məhsulun təhvili zamanı müştəri tərəfindən birbaşa kuryerə ödənilir.
  • Çatdırılma qiymətləri məsafədən asılı olaraq dəyişə bilər.
  • Sifarişlərin çatdırılması, adətən 1–3 iş günü ərzində yerinə yetirilir.

Rayonlara çatdırılma

  • Rayonlara çatdırılma poçt və ya karqo vasitəsilə həyata keçirilir.
  • Çatdırılma xərcləri alıcı tərəfindən ödənilir.
  • Əgər seçilmiş daşıyıcı şirkət qarşı-ödəmə (cash on delivery) təklif edirsə, bu xidmət vasitəsilə də çatdırılma mümkündür.
  • Rayonlara çatdırılma müddəti: 3–5 iş günü.

Xaricə çatdırılma

  • Xarici ölkələrə sifarişlər müştərinin seçiminə əsasən karqo şirkətləri vasitəsilə göndərilir.
  • Xaricə çatdırılma xərcləri tam şəkildə alıcı tərəfindən qarşılanır.
  • Məhsulun dəyəri ödənildikdən sonra alıcı ilə əlaqə saxlanılır və çatdırılma üsulu və məbləği razılaşdırılır.
  • Əgər seçilmiş daşıyıcı şirkət qarşı-ödəmə (cash on delivery) təklif edirsə, bu xidmət vasitəsilə də çatdırılma mümkündür.
  • Çatdırılma müddəti seçilmiş karqo şirkətindən və ölkədən asılı olaraq dəyişir.

Ödəniş şərtləri

  • Saytda təqdim edilən məhsulların ödənişi yalnız bank kartı ilə, online rejimdə həyata keçirilir.
  • Məhsulun çatdırılması yalnız ödəniş tamamlandıqdan sonra icra olunur.
  • Bütün ödənişlər rəsmi və sənədləşdirilmiş qaydada həyata keçirilir.

Geri qaytarma və dəyişdirmə şərtləri

  • Ödənilmiş məbləğin geri qaytarılması yalnız əsaslandırılmış səbəblər əsasında mümkündür. Qaytarma prosesi qanunvericiliyə uyğun olaraq 30 iş günü ərzində icra edilir.
  • Səbəbsiz məhsul geri qaytarılmır.
  • Qablaşdırması zədələnmiş, açılmış və ya istifadə olunmuş məhsullar geri qəbul edilmir.
  • Alıcının sifariş etdiyi ölçü düzgün olmadıqda, yalnız istək əsasında digər uyğun ölçü ilə dəyişdirilməsi mümkündür (mövcudluqdan asılı olaraq).

Qeyd: Sifarişlər, ödəniş və çatdırılma prosesi rəsmi qaydalara uyğun şəkildə sənədləşdirilir və izlənilə bilən formada həyata keçirilir. Əlavə sual və ya fərdi sorğular üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Qarabagh Logo

QARABAĞ FK

Müştərilər
Səhifələr
Əlaqə
© Qarabağ FK 2024
Site ByWebline